Kiyev, 11 noyabr, AZƏRTACUkrayna Azərbaycanın biznes nümayəndələri ilə titan və energetika sahələri, eləcə də dövlət büdcəsinin gəlir hissəsini formalaşdıran digər strateji əhəmiyyətli sahələr də daxil olmaqla, yeni aktivlərin mümkün əldə edilməsi ilə bağlı danışıqlar aparır. Bununla yanaşı, genişmiqyaslı müharibə dövründə bu günədək Ukraynaya xarici şirkət tərəfindən yatırılmış ən böyük investisiya məhz Azərbaycan investisiyası olaraq qalır.Bu barədə Ukrayna Dövlət Əmlak Fondunun (UDF) rəhbəri Dmitri Nataluxa AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıb. “Əslində, biz Azərbaycan biznesini digər tərəfdaşlara və başqa ölkələrə nümunə göstəririk. 2024-cü ildə məhz Azərbaycan şirkəti hərracda Ukraynanın “Birləşmiş Mədən-Kimya Şirkəti” (BMKŞ) müəssisəsini təxminən 100 milyon dollara satın alıb. Bu müəssisə titan sənayesinin aparıcı şirkətlərindən biridir. Hazırda müəssisə fəaliyyətini davam etdirir və onun modernləşdirilməsi həyata keçirilir. Biz şirkətə səfər etmiş, bilavasitə istehsal obyektlərində və hasilat sahələrində olmuşuq. Bu, həqiqətən də ruhlandırıcıdır.Beləliklə, Azərbaycan biznesi Ukraynanın gələcəyinə inandığını, ölkələrimiz arasında tərəfdaşlığa güvəndiyini və təəssüf ki, hələ də digər ölkələrin nümayəndələrini və xarici şirkətləri çəkindirən bütün risklərə baxmayaraq, investisiya yatırmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirdi”, – deyə Nataluxa qeyd edib.O vurğulayıb ki, Odessa Liman Zavodunun özəlləşdirilməsi prosesində də Ukrayna Azərbaycanın biznes nümayəndələri və azərbaycanmənşəli ən böyük investisiya fondlarından biri ilə danışıqlar aparıb.“Təəssüf ki, özəlləşdirmənin tarixi ABŞ-də baş verən müəyyən hadisələrlə üst-üstə düşdü və bu, sövdələşmənin gedişinə təsir göstərdi. Bununla belə, Odessa Liman Zavodunun yenidən özəlləşdirməyə çıxarılmasını istisna etmirik və bu hərracda iştirakları ilə bağlı azərbaycanlı tərəfdaşlarımızla yenidən dialoq aparmaq niyyətindəyik.Beləliklə, birinci istiqamət Odessa Liman Zavodudur. Bu, təbii qazla işləyən, çox maraqlı və perspektivli aktivdir. Azərbaycan isə kifayət qədər təbii qaz ehtiyatlarına malikdir. Buna görə də mənim fikrimcə, Qara dənizin o biri sahilində, Ukraynanın ən böyük və ən dərin limanında öz dayaq məntəqəsinə malik olmaq imkanı Azərbaycan şirkətləri üçün böyük maraq doğura bilər”, – deyə Dövlət Əmlak Fondunun rəhbəri vurğulayıb.Onun sözlərinə görə, ikinci perspektivli istiqamət energetika sahəsidir: “Ukraynanın enerji müəssisələrinin satışı üzrə təşkil olunan hərraclarda Azərbaycan şirkətlərinin potensial iştirakı barədə də onlarla danışıqlar aparırıq. Söhbət, xüsusilə, hazırda ölkənin, yəqin ki, ən böyük elektrik enerjisi treyderi olan “Ukrayna Enerji Şirkəti”ndən gedir. Digər aktiv isə həm fiziki şəxslərə, yəni fərdi istehlakçılara, həm də hüquqi şəxslərə – şirkətlərə, müəssisələrə, zavodlara və digər təşkilatlara elektrik enerjisi təchizatı üzrə universal xidmətlər göstərən “Xarkovenerqosbıt” şirkətidir. Hər iki aktivə maraq olduğunu görürük və düşünürəm ki, artıq gələn il daha konkret danışıqlara başlayacağıq. Bundan əlavə, alüminium sənayesinə də maraq müşahidə olunur. Söhbət Nikolayev Gil Torpaq Zavodundan gedir. Bu məsələdə də Azərbaycanın marağını hiss edirik. Buna görə də hesab edirəm ki, Azərbaycan biznesinin bu cür səmərəli əməkdaşlığı və Azərbaycanın hakimiyyət orqanlarının özəlləşdirmə proseslərinə dəstəyi həm Ukrayna, həm də Azərbaycan tərəfi üçün faydalı olacaq”.Dövlət Əmlak Fondunun rəhbəri Azərbaycan tərəfi ilə əməkdaşlığın daha bir istiqamətinin Bakıdakı “Tavriya” xüsusi avtomobil mərkəzi ilə bağlı məsələ olduğunu da əlavə edib: “Əslində, bunun tarixçəsi hələ Sovet İttifaqı dövründən başlayır. İttifaqın dağılmasından sonra elə bir vəziyyət yarandı ki, Azərbaycanın əmlakı Ukrayna ərazisində, Ukraynanın əmlakı isə Azərbaycan ərazisində qaldı. Təəssüf ki, Azərbaycan əmlakının yerləşdiyi Ukrayna ərazisinin bir hissəsi hazırda müvəqqəti işğal altındadır.Bununla yanaşı, Azərbaycan ərazisində, Bakı şəhərində yerləşən Ukrayna əmlakının özəlləşdirilməsi ilə bağlı hökumətlərarası razılaşma mövcuddur. Bununla əlaqədar müvafiq razılıqlar əldə olunub və zəruri sazişlər imzalanıb. Hazırda uzun tarixçəsi olan və xeyli uzanmış bu prosesi nəhayət gələn il başa çatdırmaq, Bakıdakı əmlakı satışa çıxarmaq və ona layiqli alıcı tapmaq üçün əlimizdən gələni edirik. Ola bilsin, bu dəfə də alıcı Azərbaycan tərəfi olsun. Biz buna yalnız sevinərik.Beləliklə, əsasən dövlətlərarası və hökumətlərarası xarakter daşıyan bu istiqamət çərçivəsində Dövlət Əmlak Fondu azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı davam etdirir”. Emil Hüseynli AZƏRTAC-ın xüsusi müxbiri Kiyev
Bu gün
3818 xəbər bu gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən…
Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qrupları yaradılıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən…
Xalq artisti Nazpəri Dostəliyeva ona pislik edənlərdən danışıb. Bizim.Media xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi həmin şəxslərin kimliyini bildiyi halda onlara heç nə demədiyini söyləyib: “Mənə…
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.
Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşüblər.
"Qalatasaray"ın əfsanəvi futbolçularından olan Cevat Prekazinin dəfn mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.
Gəncədə itkin düşən Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti tapılıb. “Report”un məlumatına görə, onun meyiti Göygöl rayonunun Hacıməlik kəndi ərazisində aşkarlanıb. Hadisə…
Prezident İlham Əliyevin sosial media hesablarında Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakı barədə video paylaşılıb....
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstanın Baş naziri Rumen Radevlə görüşüb. Görüş Bolqarıstan tərəfinin müraciəti əsasında keçirilib. İlham Əliyev bir neçə gün əvvəl…
Bu gün Mir Şahinin ad günüdür.Mir Şahin Azərbaycan tele-məkanın və müstəqillik tariximizin canlı arxividir.Mir Şahin bu günə təsadüfən gəlməyib. Onun çiynində illərin təcrübəsi var. Vətənə, dövlətə, millətə xidməti…
Gəncə şəhərində itkin düşən Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti tapılıb. Sfera.az -ın məlumatına görə, kişinin cansız bədəni Göygöl rayonunun Hacıməlik kəndinin ərazisində…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən…
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. M...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən…
"Qış aylarında soyuq hava, külək və temperatur dəyişiklikləri dərinin qoruyucu baryerini zəiflədərək quruluq, dartılma, həssaslıq və qıcıqlanmaya səbəb ola bilər". Bu...
Konqo Demokratik Respublikasında Ebola virusu ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib, 350-dən çoxu isə virusa yoluxub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirir. Diqqətçəkən məqamlardan biri isə bu görüşlərin qarşı tərəfin müraciəti əsasında təşkil olunmasıdır.
Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, helikopter naməlum səbəbdən Malatyanın…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan…
Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində "Barış Boyun Cinayət Təşkilatı"nın rəhbərlərindən biri kimi müəyyən edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb. "Anadolu" agentliyinə…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən…
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin nizamlanması üzrə müzakirəni davam etdirmək niyyətindədirlər…
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.
Dublin. Trend: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Trend-in xüsusi müxbiri xəbər…
Türkiyənin “Qalatasaray” klubu gənc futbolçu Baran Türkerin transferini rəsmiləşdirib. İstanbul təmsilçisi bu keçidlə “Fənərbağça” və “Beşiktaş” kimi əzəli rəqiblərini qabaqlamağı bacarıb.Metbuat.az Türkiyə mediasına…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən…
“Bakının Nəsimi rayonunda salınacaq nəhəng parkla bağlı işlərə başlanıb”. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonu, 28 May küçəsində 10 hektara qədər ərazini əhatə edəcək…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. "Report"un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, söhbət…
Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar. Bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında…
Gəncə şəhərində itkin düşən Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti tapılıb. "Report"un Qərb bürosunun məlumatına görə, kişinin cansız bədəni Göygöl rayonunun Hacıməlik kəndinin…
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin nizamlanması üzrə müzakirəni davam etdirmək niyyətindədirlər…
Dublin, 12 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, söhbət zamanı…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan …
Новый раунд многосторонних переговоров по урегулированию конфликта между Россией и Украиной состоится на следующей неделе, сообщил спецпосланник президента США Джаред Кушнер. «Я думаю, что мы...
Президент Франции Эммануэль Макрон заявил о готовности представлять Европу в переговорах по урегулированию войны Украине и призвал европейские страны выработать единую позицию по будущему переговорному...
12 ноября в Дублине состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с премьер-министром Греческой Республики Кириакосом Мицотакисом. Об этом сообщает Day.Az со ссылкой на АЗЕРТАДЖ. Новость…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən görüntülər paylaşılıb. Paylaşımda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın…
На страницах Президента Азербайджана Ильхама Алиева в социальных сетях опубликованы кадры встречи с премьер-министром Армении Николом Пашиняном. Как передает Day.Az, в публикации говорится: "Президент Азербайджана Ильхам…
В турецкой провинции Малатья потерпел крушение военный вертолет S-70. Как передает Day.Az, об этом сообщило министерство национальной обороны Турции. В результате крушения вертолета, произошедшего в районе Саманкёй…
Qazaxıstanda
105 min ton
Azərbaycan və Ermənistan
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirir. Diqqətçəkən məqamlardan biri isə bu görüşlərin qarşı tərəfin müraciəti əsasında təşkil olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan…