Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiq edilməsi qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi baxımından çox vacibdir: “Nəzərə alsaq ki, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 681 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfər təşkil edir. Muzdla, yəni əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı isə 1 milyon 726 min nəfərdir. Bu da onu göstərir ki, məşğul əhalinin cəmi 35 %-i əmək müqaviləsi ilə çalışır, digər 65 %-i isə əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər də məhz bu nisbətin dəyişməsinə xidmət edəcək”.