Kişi arvadının vurduğu iynədən vəfat etdi

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.

“Qafqazinfo.az”a istinadən, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.

1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.