Evində vurulan iynədən şoka düşən kişi öldü - FOTO

Lənkəranda kişi evdə vurulan iynə nəticəsində ölüb.

Lent.az-a istinadən, hadisə Veravul kəndində qeydə alınıb.

Kənd sakini, 56 yaşlı Rasim Qasım oğlu Qasımova yaşadığı evdə arvadı iynə vurub. Bu zaman R. Qasımov şok keçirərək ölüb.

Araşdırma aparılır.