Bakı, 11 noyabr, AZƏRTAC Türkiyənin Sinop şəhərində keçirilən “XVIII Dünya Dili Türkcə Simpoziumu”nda ölkəmizi AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent, Türk Dil Qurumunun müxbir üzvü Baba Məhərrəmli təmsil edib.Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, 7 ölkədən 279 alimin qatıldığı beynəlxalq simpoziumda Baba Məhərrəmli “Türk dillərində tək sait quruluşlu söz kökləri” və “Türk dillərində nostratik leksika” mövzularında məruzələrlə çıxış edib. O, həmçinin beynəlxalq tədbirin Əlişir Nəvai salonundakı bölməsinə rəhbərlik edib.