Müğənni Əbdül Xalid sosial şəbəkədə gün ərzində 4-5 saat tıxacda qaldığını açıqlayıb.
Ifaçı saatlarla yollarda vaxt keçirməyin insan ömründən apardığı zamanı hesablayıb.
"Bu gün öz-özümə fikirləşirəm ki, gün ərzində 4-5 saat tıxacda qalıram. Və biləm ki, bu, hər kəsin ən zəif nöqtəsidir. Orta hesabla 3 saat götürsək, bir aya vuranda 90 saat edir. Bu rəqəmi də 12 aya vuranda 1080 saat alınır. 1080 saatı da 24 saata bölsək, 45 gün edir.
Instagram paylaşımıinstagram.com/reel/DfkYlCHxDfO/Əzrayıl gələndə xahiş etsək ki, bir dəqiqə vaxt ver, əzizlərimizlə sağollaşaq, inanın ki, bunu etməyəcək. Amma ildə ay yarımımız ömrümüzdən gedir. Bilmədən ömrümüz belə qısalır",-deyə müğənni qeyd edib.