Kamçatkada 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.
Məlumata görə, zəlzələnin maqnitudası 4,8 olub. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 81 kilometr məsafədə yerləşib.
Regional paytaxtın sakinləri zəif təkanlar hiss ediblər. Təkanların intensivliyi dəqiqləşdirilir.