Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də işgüzar səfərlə Türkiyə Respublikasında olacaq.
Erməni Baş nazir Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək.
Səfər çərçivəsində xarici ölkələrin tərəfdaşları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Paşinyan işgüzar səfərlə Parisdədir və oradan Antalyaya yola düşəcək.