İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı artdı

İzmirin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində həyatını itirən işçilərin sayı 18-ə yüksəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay bildirib ki, bir işçinin meyitini hələ də tapmaq mümkün olmayıb və axtarış-xilasetmə işləri davam etdirilir.