Bu ölkədə abortları tamamilə qadağan etmək istəyirlər

Ukraynada abortların tamamilə qadağan edilməsi təşəbbüsü irəli sürülüb. Təklifə əsasən, hamiləliyin süni şəkildə dayandırılmasına yalnız xüsusi hallarda icazə verilməsi nəzərdə tutulur.

Bu barədə “MK.ru” nəşri məlumat yayıb.

Təşəbbüs müəllifi aborta yalnız qadının həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, hamiləlik cinsi zorakılıq nəticəsində baş verdikdə və ya döldə həyatla uzlaşmayan patologiyalar aşkarlandıqda icazə verilməsini təklif edir.

Petisiyada, həmçinin hamilə qadınlara sosial və maddi dəstəyin göstərilməsi, tibbi göstəriş olmadan abortların qarşısının alınması və qanunsuz müdaxilələrə görə məsuliyyətin sərtləşdirilməsi tələb olunur.

Qeyd edək ki, bu, hələlik təşəbbüsdür və Ukraynada abortların qadağan edilməsi ilə bağlı rəsmi qərar qəbul edilməyib.