Dörd qadına qarşı cinsi zorakılıq törətdiyi üçün məhkum edilən ingilis komediyaçi və aktyor Rassel Brendin cəzası elan olunub.
Londonun "Southwark" Məhkəməsində keçirilən hökm iclasında hakim Coel Bennathan komediyaçını 10 il 6 ay müddətinə həbs cəzasına məhkum edib.
Hakim Bennathan aktyorun qadınlara qarşı rəftarını sərt şəkildə tənqid edərək, onun məhkəmədə həqiqəti gizlətmək üçün yalan danışdığını bildirib.
Prokuror Riel Karmi-Cons isə Brendin öz şöhrətindən və nüfuzundan qadınlara çatmaq və cinayətləri törətmək üçün istifadə etdiyini vurğulayıb.
Proses zamanı qadınlar yaşadıqları travmaları, illər boyunca televiziyada və sosial mediada təcavüzkarın obrazını görməyin doğurduğu sarsıntıları məhkəmə heyətinin diqqətinə çatdırıblar.
Məhkəmə salonundan çıxarılarkən həyat yoldaşına "Yaxşı olacağıq" deyən Brend mühakimə müddətində yanından ayırmadığı İncil və xaçla diqqət çəkib.