Qubada avtomobil aşıb, ölən və yaralılar var - Yenilənib

Qubada qəzada ölən və yaralanan şəxslərin kimliyi bilinib.

"Report"un Şimal bürosunun məlumatına görə, Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi "Lada-Niva" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.