Türkiyə bu ölkədən hərbçilərini tamamilə çıxarır

Türkiyə İraqın şimalındakı Zlikan hərbi bazasından hərbçilərini çıxaracaq.

Bu barədə İraqın Baş naziri Əli Faleh əz-Zeydi məlumat verib.

O qeyd edib ki, 2026-cı ilin sonunadək Türkiyə hərbçiləri İraqı tamamilə tərk edəcək.

Xatırladaq ki, ötən gün Türkiyə mediası Başika-Zilikan bazasının tədricən İraq Federal Hökumətinə təhvil verilməsi istiqamətində lazımi addımların atılacağı haqda razılaşma əldə olunduğunu yazmışdı.