Antalya, 9 noyabr, AZƏRTAC Antalyada keçirilən COP31 İqlim Sammitinin ilk günü “Qida, kənd təsərrüfatı və sağlamlıq” mövzusuna həsr olunub. Bu çərçivədə iki yüksəksəviyyəli toplantı təşkil edilib.AZƏRTAC xəbər verir ki, COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurum əvvəlcə iştirakçı ölkələrin səhiyyə nazirlərinin qatıldığı iqlim gündəliyində sağlamlıq məsələlərinin inkişafına dair yüksəksəviyyəli dəyirmi masaya sədrlik edib.İclasda çıxış edən Murat Kurum iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin azaldılmasının iqlim siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, dünyada təxminən 3,6 milyard insanın iqlim dəyişikliyinə yüksək dərəcədə həssas olan ərazilərdə yaşadığını xatırladaraq, səhiyyə sistemlərinin iqlim risklərinə davamlılığının artırılmasının vacibliyini vurğulayıb. Nazir erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsini, tibb müəssisələrinin enerji və su təminatının təhlükəsizliyinin artırılmasını, tibb işçilərinin iqlim savadlılığının inkişaf etdirilməsini və həssas əhali qruplarının qorunmasını əsas prioritetlər sırasında qeyd edib. O, həmçinin təmiz nəqliyyatın, dayanıqlı ərzaq sistemlərinin, təhlükəsiz içməli suyun və enerji səmərəliliyinin həm iqlim, həm də ictimai sağlamlıq baxımından əhəmiyyətinə diqqət çəkib.Daha sonra Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə gənc fermerlərlə yüksəksəviyyəli dialoq toplantısı keçirilib. Murat Kurum və Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının həmsədrliyi ilə keçirilən tədbirdə iştirakçı ölkələrin kənd təsərrüfatı nazirləri, COP31 və FAO nümayəndələri iştirak ediblər.Toplantıda gənc fermerlərin kənd təsərrüfatındakı rolunun artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqlim dəyişikliklərinə davamlı istehsal sistemlərinin qurulması məsələləri müzakirə olunub.FAO-nun 2025-ci il hesabatına istinad edən Murat Kurum dünyada çalışan gənclərin 44 faizinin kənd təsərrüfatı və ərzaq sistemlərində fəaliyyət göstərdiyini, təxminən 395 milyon gəncin isə kənd təsərrüfatı məhsuldarlığının azalmasının gözlənildiyi ərazilərdə yaşadığını bildirib. O, gənc fermerlərə göstərilən dəstəyin kənd yerlərində yoxsulluğun azaldılmasına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. COP31-in Fəaliyyət Gündəliyində ərzaq təhlükəsizliyi və iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı məsələlərinin qarşılıqlı əlaqədə nəzərdən keçirildiyini bildirən nazir gənc fermerləri iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətə çağırıb.COP31-in ilk günü keçirilən tədbirlər çərçivəsində Türkiyə ilə Özbəkistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya
Bu gün
115 xəbər bu gün
Almaniya Bundesveri casusluq təhlükəsi ilə əlaqədar hərbi kazarma və poliqonlarda Çin istehsalı olan kiçik dronların istifadəsini qadağan edib. DJI də daxil olmaqla, Çin şirkətlərindən…
ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) GLP-1 reseptor agonistlərinin istifadəsi zamanı qəfil görmə itkisinə səbəb ola bilən nadir göz xəstəliyi riskinin arta biləcəyi barədə xəbərdarlıq edib.
İsrail ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı 20 bəndlik planının həyata keçirilməsi üçün vasitəçilərdən HAMAS-ın bütün ərazi üzrə dərhal tərksilah edilməsini tələb etmələrini istəyib
Konservativ televiziya və radio aparıcısı Ben Ferqyuson Ağ Evin mətbuat katibi təyin oluna bilər
Arxeopteriksin daşlaşmış qalıqları Almaniyada, Yura dövrünə aid süxurlarda tapılıb. Onun bədəni lələklə örtülü olub, qanadları da var idi. Amma bu canlı dinozavrlara xas əlamətləri də saxlayıb: uzun sümüklü quyruq…
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirilib.Bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov məsələyə münasibət bildirib.Nicat İmanov qeyd edib ki, vergi…
İsrail beynəlxalq vasitəçiləri ABŞ Prezidenti Donald Trampın sülh planının reallaşdırılması üçün Fələstinin HƏMAS hərəkatının Qəzza zolağının bütün ərazisində dərhal tərk-silah olunmasını tələb etməyə çağırıb. "The Times…
"Kenan Yıldız A Seriyasının Lamin Yamalıdır". Championat.com-a istinadən, bu sözləri italiyalı futbol məşqçisi Fabio Kapello deyib. "Yıldız heç kimin təsəvvür belə edə bilməyəcəyi şeylər...
“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətindəki problemlərə görə xəstəxanada müalicə aldıqdan sonra komandanın düşərgəsinə qayıdıb. Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. Oktyabrın sonunda…
Минэнерго США повысило прогноз средней стоимости нефти марки Brent в 2026 году на 1,2% - до $97,44 за баррель с $96,32 за баррель. Как передает Day.Az со ссылкой на ТАСС, это следует из отчета Управления энергетической…
Diqqət!
Əhməd əl-Əlvani
ABŞ-də neft hasilatının 2025-ci ildəki gündəlik 13,66 milyon bareldən 2026-cı ildə 13,86 milyon barelə yüksələcəyi proqnozlaşdırılır. Bu ABŞ-nin Energetika Nazirliyin Enerji İnformasiya…
Bakı, 11 noyabr, AZƏRTAC Böyük Britaniya və doqquz Şimali Avropa ölkəsi dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni tərəfdaşlıq yaratmaq haqqında müqavilə imzalayıblar.AZƏRTAC xəbər verir ki, bu barədə…
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İslam Respublikasının nüvə proqramı ilə bağlı Vaşinqtona məlumat ötürənlərə 20 milyon dollar təklifinə etiraz edib və mövzuya dair BMT ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə…
Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə bir neçə qadının pul müqabilində spirtli içki içdiyi görüntülərə münasibət bildirib. O, paylaşımında həmin görüntülərin qarşısına çıxmasından narazılığını ifadə edərək bunları…
İspaniyada mənzilə əlçatanlığın artırılması və əməkhaqlarının yüksəldilməsi tələbi ilə 24 saatlıq ümumi tətil planlaşdırılır. Ölkənin müxtəlif şəhərlərində tətil günü ərzində nümayişlər…
İspaniyanın Ubeda şəhərinin sakini aldığı binanın divarlarının arxasında orta əsrlərə aid kilsə fasadını aşkar etdiyinə görə bir milyon avrodan çox kompensasiya alacaq.
Venesuela
Qlazqoda
ABŞ 2026-cı ilin yanvarından sentyabrınadək olan dövrdə Venesuela neftinin və digər təbii sərvətlərinin ixracından 12,26 milyard dollar əldə edib. Bu barədə "The New York Times" (NYT) qəzeti beynəlxalq audit şirkəti olan…
Ohayo ştatını təmsil edən ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Cim Cordan yeni çağırış aşağı palatada respublikaçı azlığın lideri seçilib. "Axios"a istinadən, müvafiq qərar respublikaçılar…
Restoranlarda toyuq ətini daha sulu, yumşaq və dadlı etməyin sadə sirri açıqlanıb.
Noyabr ayının ortalarına qədər üç bürc əlaməti mühüm düşüncə, prioritetlərin yenidən qiymətləndirilməsi və dəyişiklik dövrü gözləyə bilər. İş, şəxsi münasibətlər, dostluqlar və həyat məqsədləri diqqət mərkəzində olacaq…
Böyük Britaniya polisi Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən ABŞ hərbçisini saxlayıb.
Bakı, 11 noyabr, AZƏRTAC ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner ABŞ, Rusiya və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair Əbu-Dabidə keçirilən danışıqların ilk gününü konstruktiv və ümidverici…
Президент Украины Владимир Зеленский опроверг заявления российских представителей о контроле над половиной Донбасса, указав на присутствие там украинских военных и мирных жителей. По его словам,...
Президент Украины Владимир Зеленский рассчитывает на более решительную поддержку Киева со стороны Конгресса США после победы демократов и намерен активизировать контакты с американскими законодателями. По...
Подписанный между Грузией, Азербайджаном, Турцией и Болгарией документ о сотрудничестве в сфере чистой энергетики является важным региональным соглашением. Это четырехстороннее сотрудничество откроет новые возможности…
Səhər işə gedən sakin bir neçə itin hücumuna məruz qalır. İtlər onu dövrəyə alaraq dişləyirlər. Sakin itlərdən uzaqlaşmağa çalışır və çətinliklə də olsa, xilas ola bilir. "Xəzər" TV-yə istinadən, hadisə ötən gün səhər…
Noyabr ayı olsa da, bazarda hələ də yaş qoz satılır. Amma, yaş qozun əsl mövsümü sentyabr ayında olur. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyir ki, bazarda təzə qoz adıyla yaş məhsul satılır. Hansıki…
Cared Kuşner
Nümayəndələr Palatasında
ABŞ-ın müdafiə naziri Pit Heqset ona qarşı irəli sürülən impiçment təşəbbüsünü “siyasi tamaşa” və “şəxsi qisas cəhdi” adlandıraraq rədd edib
Moldovanın Rusiyadakı səfiri Lilian Dariy noyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Əfsanəvi britaniyalı musiqiçi Pol Makkartni dünyanın ən varlı ifaçıları siyahısında üçüncü pilləyə yüksəlib. Modern.az xəbər verir ki, “The Beatles” qrupunun keçmiş üzvünün sərvəti “Forbes” jurnalının qiymətləndirməsinə…
Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”ya istinadən, Qax rayon sakini 52 yaşlı Cavidan Rəşidovu maşın vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə…
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı "Petkim Petrokimya Holding" neft-kimya holdinqi Türkiyənin Əliağa şəhərində polietilen istehsalı üzrə yeni istehsalat kompleksinin inşası üçün texnologiya…
Bakının Xətai rayonu ərazisində yol nəqliyyatı hadisəsi zamanı sürücü ölüb. Qəza NZS qəsəbəsində qeydə alınıb.1993-cü il təvəllüdlü Allahverdiyeva Səma sevgilisinin avtomobilinə sərnişin qismində əyləşib.İdarəetmədən…
İranın Ali rəhbəri Müctəba Xamenei Çinlə əlaqələrə dair xüsusi tapşırıqlar verib. IRIB-yə istinadən, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib. "ABŞ ilə müharibəyə və "nə müharibə, nə sülh"…