Gəncədə "Baku Buss"a məxsus avtobus qəza törədib.
Hadisə şəhərin "Ozan" küçəsində qeydə alınıb.
Məlumata görə, "Baku Buss"-a məxsus sərnişin avtobusu motoskıl sürən kuryerlə toqquşub.
Nəticədə kuryer, 2004-cü il təvəllüdlü R.Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.