Quba-Xınalıq yoluna 30 sm-dən çox qar yağdı: Turistlər geri qayıtdı - FOTO/VİDEO

Son iki gündə havanın kəskin pisləşməsi və əraziyə güclü qarın yağması Quba-Xınalıq yolunda ciddi problemlər yaradıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yolun 35-ci km-dən üzü Xınalığa - 57-ci km-dək olan yola 30 sm-dən çox qarın düşməsi hərəkəti çətinləşdirib. Bunun səbəbindən Xınalığa istirahətə gedən əksər turistlər geri qayıtmalı olublar.

Qar basmış dağ kənd yolları Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları tərəfindən təmizlənib. Yolun bağlanmağının qarşısı alınıb. Bununla belə, yolda şaxtalı hava qeydə alınarsa, hərəkət çətinləşə bilər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.