Bakı, 8 noyabr, AZƏRTACAzərbaycanın 8 Noyabr - Zəfər Günü bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılır.AZƏRTAC xəbər verir ki, İstanbulun məşhur körpüsü də Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.