Şuşa, 8 noyabr, AZƏRTACNoyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmisiniz. Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.Düz altı il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilmişdir və ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı.Şuşa şəhəri 28 il əsarət altında idi, ancaq öz milli ruhunu itirmədi. Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır.Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Bu döyüşlərdə 3000 şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.İşğal dövründə, təbii ki, müxtəlif vaxtlarda müəyyən ümidlər də var idi - bu məsələ, bu münaqişə sülh yolu ilə öz həllini tapa bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.Bu gün vəziyyət tam başqadır. Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir.44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir.Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür. Nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, bizi gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir.Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur.Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”. Əziz qardaşım, gəldiyiniz üçün Sizə bir daha təşəkkür edirəm. Sağ olun. x x x Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı -Hörmətli cənab Prezident, Əziz qardaşım. Hörmətli heyət üzvləri. Hörmətli media nümayəndələri. Sizləri şəxsən öz adımdan, ölkəm və millətim adından ən səmimi hisslərlə və məhəbbətlə salamlayıram. Qarabağ Zəfərinin altıncı ildönümündə sizlərlə birlikdə olmaqdan məmnunam. Bu əlamətdar ildönümünü şairin “Dilimizdə işlənən ən əziz bir söz kimi, Canımızı isidən ocaq kimi, köz kimi, Ən qoxulu güllərlə çiçək açan Şuşamız”, - deyə tərif etdiyi tarix, təbiət və mədəniyyət şəhəri gözəl Şuşada olmaqdan xüsusi məmnunluq duyuram. Çıxışımın əvvəlində Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla anıram. Qazilərimizə təşəkkürümüzü bildirir, Allahdan onlara cansağlığı, rifah və uzun ömürlər diləyirəm. Altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir. 2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır. Biz bu missiyanı, eyni zamanda, Türk Dünyasında da hakim mövqeyə gətirmək üçün var gücümüzlə çalışırıq. Türk Dövlətləri Təşkilatımızın bu gün çatdığı yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən bariz nəticəsidir. Fürsətdən istifadə edərək, sədrliyi dövründə Türk dünyasının birlik və möhkəmliyi üçün göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də sədrliyimiz dövründə təşkilatın daha güclü, daha institusional quruma çevrilməsi üçün səy göstərəcəyik. Hörmətli media nümayəndələri, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrə qapı açıb. Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan Zəfəri dayanıqlı sülh və sabitliklə taclandırmaqdır. Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə dayanıqlı sülhün bərqərar olması yönündə səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən bərpası və bölgənin əvvəlki gözəlliyinə qovuşması üçün Azərbaycanın ortaya qoyduğu fəaliyyəti böyük təqdirlə izləyirik. Qarabağda yenidən yanan hər ocaq, yüksələn hər bina və bərpa olunan tarixi miras Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və bərpa fəaliyyətlərinə töhfə verməyə davam edəcəyik. Ən son Cəbrayılda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Ağıllı Tingçilik” Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur. Bundan başqa, Ağdamda sahəsi 14 min 500 kvadratmetr olan qırx otaqlı məktəbimizin inşasına da başlandı. İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik. Əziz qardaşlarım, çıxışımı yekunlaşdırarkən xüsusilə bu gün buraya gələrkən ayrı-ayrı yeddi tuneldən keçdik. Bu yeddi tunel bölgədə infrastrukturun inşasının nə qədər uğurlu olduğunu ortaya qoyur. Şuşaya gələrkən haradan-haraya gəldiyimizi görməyin xoşbəxtliyi içərisindəyik. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha çox fərqli olacaq, Füzuli başqa cür fərqli olacaq. Çünki bu işə inanan, can yandıran bir lider var, bir komanda var. Bu lider, bu komanda eyni inancla və eyni qətiyyətlə yoluna davam edir. Mən Qarabağ Zəfərini canları və qanları ilə tariximizə həkk edən əziz şəhidlərimizi bir daha rəhmətlə yad edirəm. Qəhrəman qazilərimizə təşəkkürlərimi bildirir, azərbaycanlı qardaşlarımı bu şanlı Zəfər münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Türkiyə və türk milləti olaraq hər zaman yanınızda olmaqda, kədərinizi kədərimiz, sevincinizi sevincimiz bilməkdə, inşallah, davam edəcəyik. Təşəkkür edirəm. Çıxışımın sonunda mərhum şair Bəxtiyar Vahabzadənin məşhur ifadələrini dilə gətirmək istəyirəm: Birdir bizim hər halımız, Diləyimiz, amalımız, Bayraqlarda hilalımız Azərbaycan-Türkiyə. Rəbbim ay-ulduzlu al Bayrağımızla şanlı Azərbaycan Bayrağının göylərdə yan-yana əbədi dalğalanmasını nəsib etsin. 9 Noyabr – Dövlət Bayrağı Gününüzü ən səmimi hisslərimlə təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram. İlham qardaşıma səmimi ev sahibliyi üçün bir daha təşəkkür edirəm.
Bu gün
2786 xəbər bu gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə Vətən…
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər.
Türkiyə Superliqasının 11-ci turu çərçivəsində
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. News24.az həmin paylaşımı təqdim edir:
Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi və iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mühüm təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı…
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevavə qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. Görüşdə Vətən Müharibəsi…
İsrail Prezidenti İsxak Hersoq oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkota yeni İsrail hökumətini…
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər.
Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji infrastrukturunun genişləndirilməsi davam edir. Regionda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 38-ə çatıb, günəş enerjisi üzrə yeni layihələrin həyata…
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov koronavirus infeksiyasına yoluxub. Bu barədə Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Şuşada Qələbə Günü…
Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. Günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Ev sahiblərinin heyətində Karlos…
İranın cənubunda bir neçə partlayış baş verib, Hörmüz boğazında və ətraf sularda gəmilərlə bağlı insidentlər qeydə alınıb. Reuters-ə istinadən, partlayış səsləri İranın Qeşm adasında və Cask limanında eşidilib. İranın…
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivinin üzvləri Bakıda 8 noyabr - Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. Ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı…
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif…
На официальных страницах президента Азербайджана Ильхама Алиева в социальных сетях размещен видеоролик о его встрече с президентом Турции Реджепом Тайипом Эрдоганом в Шуше.
Президент Азербайджана Ильхам Алиев, Первая леди Мехрибан Алиева, их дочь Лейла Алиева, а также Президент Турции Реджеп Тайип Эрдоган и его супруга Эмине Эрдоган встретились с Героями Отечественной войны…
Tədbir
Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda bayram konserti keçirilib. Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konsert "Saat qülləsi"nin yanında olub…
Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open 2026 - Grand Prix" beynəlxalq turnirində yeddi medal qazanıblar. Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib. Yığma komanda…
Bakı, 8 noyabr, AZƏRTAC Bu gün İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Günü münasibətilə Zəfər Tağı abidəsini ziyarət edib. Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, ziyarət zamanı Vətənimizin…
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində görüşü ilə bağlı videoçarx paylaşılıb.AZƏRTAC paylaşımı…
Xocalı, 8 noyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. AZƏRTAC…
Şuşa, 8 noyabr, AZƏRTACNoyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.AZƏRTAC xəbər verir ki…
Berlin, 8 noyabr, AZƏRTAC Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin Azərbaycan dili məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs keçirilib.AZƏRTAC…
Prezidentin sosial media hesablarında Ərdoğanla Şuşadakı görüşündən paylaşım edilib.Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Şuşada görüşüblər.Oxu24.com paylaşımı…
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. Bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri…
Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi və iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mühüm təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı…
Prezident İlham Əliyev Türkiyədə keçiriləcək COP31-də iştirak edəcək. Bu barədə TRT məlumat yayıb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə...
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər.
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub.
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Türkiyə-Azərbaycan birliyini ''əbədi və sarsılmaz" adlandırıb
Azərbaycan Dəmir Yollarının kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə...
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. Redaktor.az həmin paylaşımı təqdim...
Azərbaycan Prezidenti İlham Əliyevin
Belarus Prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında keçirilən V Odun Yarma Çempionatının qaliblərinə üzərində imzası olan balta və iş əlcəkləri hədiyyə edib. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat…
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları, “Qarabağ”…
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələrinin üzvləri…
Ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, Zəfər Gününü və sarsılmaz birliyimizin təcəssümü olan Zəfər…
Türkiyə Superliqasının 11-ci turu çərçivəsində "Fənərbağça" "Çorum" klubunun qonağı olub. Bizim.Media xəbər verir ki, "sarı-mavilər" səfərdə böyükhesablı qələbə qazanıblar - 0:5. İstanbul təmsilçisinin heyətində Meyson…
Berlində Reyxstaq binasında Almaniya bayrağını endirərək yerinə Fələstin bayrağı qaldıran üç fəal polis tərəfindən saxlanılıb. Onların hər üçünün alman olduğu və immiqrant mənşəyinin olmadığı bildirilir. Aksiyaya görə…
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti…
Xankəndi şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib. Bizim.Media ziyafətdən çəkilən videonu sizə təqdim edir. Bizim.Media
Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə bayram atəşfəşanlığı keçirilib. Bizim.Media atəşfəşanlıqdan çəkilən videonu sizə təqdim edir. Bizim.Media
Qazaxda yük avtomobilinin sürücüsü infarkt keçirərək vəfat edib. Oxu.az-a istinadən, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAZ" markalı yük avtomobilini…