ANAMA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Zəfər abidəsini ziyarət ediblər.

Bu barədə ANAMA-dan bildirilib.

Məlumata görə, agentlik nümayəndələri Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qələbənin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.