Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub

Noyabrın 8-də Azərbaycan Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə gül dəstələri qoyublar.

Nazirlik Zəfər Gününü Azərbaycan xalqının sarsılmaz birliyinin və böyük Vətən sevgisinin təcəssümü adlandırıb.