FHN-in kollektivi Zəfər Parkını ziyarət etdi

8 Noyabr - Zəfər Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin kollektivi Bakıdakı Zəfər Parkını ziyarət edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zəfər abidəsinin önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.