AKP Azərbaycanı təbrik etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Teleqraf-a istinadla, bu barədə hakim partiyanın sosial media hesablarında paylaşım olunub.

“Qarabağ Zəfərinin altıncı ildönümündə qardaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edir, bu tarixi qələbənin qəhrəmanlarını rəhmət və minnətdarlıqla yad edirik”, - paylaşımda bildirilib.