Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək. Dövlət başçısının müraciətinin canlı yayımını bu gün saat 12:00-da izləmək mümkün olacaq.