Yağan yağış Sabunçuda yenidən fəsadlara səbəb olub.
Bizim.media-ya istinadən, ərazidə küçələri və yolları su basıb. Nəticədə sakinlər və sürücülər çətinliklə üzləşiblər. Görüntülərdə yolların su altında qalması aydın görünür.
Qeyd edək ki, Sabunçuda oxşar mənzərə daha əvvəl də müşahidə olunub.