“Real Madrid” Yaponiya millisinin qapıçısını transfer etmək istəyir

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Aston Villa” komandasının və Yaponiya millisinin qapıçısı Zion Suzukini transfer etməyi planlaşdırır.

“TEAMtalk”a istinadən, La Liqa təmsilçisi yaponiyalı qolkiperə belçikalı qapıçısı Tibo Kurtuanın mümkün əvəzləyicisi kimi baxır.

24 yaşlı Suzuki ötən yay 30 milyon avro qarşılığında “Aston Villa”ya transfer olunub. Onun İngiltərə klubundakı çıxışı “Real Madrid”lə yanaşı, PSJ, “Liverpul”, “Arsenal” və “Mançester Siti”nin də diqqətini çəkib.

Qeyd edək ki, Zion Suzukinin “Aston Villa” ilə müqaviləsi 2031-ci ilin iyununa qədərdir. Belçikalı Tibo Kurtuanın isə “Real Madrid”lə sözləşməsi 2027-ci ilin yanvarında başa çatır.