Dünya tennisinin 5 nömrəsi, amerikalı tennisçi Cessika Pequla İndian Uellsdə keçirilən WTA finalının kortlarında birlikdə məşq etdikdən sonra verdiyi şərhlərə görə rusiyalı Mirra Andreyeva və məşqçilər heyətindən üzr istəyib.
Bu barədə “The Athletic” qəzeti amerikalı tennisçinin nümayəndəsinə istinadən məlumat yayıb.
O bildirib ki, Pequla şəxsən hər kəslə əlaqə saxlayaraq üzr istəyib.
Xatırladaq ki, Pequla rusiyalı idmançının meydanı tərk etməsindən sonra Andreyevanı davranışına görə tənqid etmişdi. Amerikalı idmançı məşqin “YouTube”da yayımlandığından xəbərsiz olaraq hadisəni məşqçisi ilə müzakirə etmişdi.