Tərtər, 6 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Günü münasibətilə Tərtər rayonunda şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nda 350 meyvə ağacı əkilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyası Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb. Aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, Vətən müharibəsi qaziləri və DOST İş Mərkəzinin işçiləri iştirak ediblər. Müxbir – Tahir Ağaməmmədov