Bakı, 6 noyabr, AZƏRTAC Azərbaycan Mərkəzi Bankında (AMB) “S&P Global Ratings” agentliyinin maliyyə xidmətləri və suveren reytinqlər üzrə məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın bank sektorundakı cari vəziyyət və müşahidə olunan inkişaf meyilləri, prudensial tənzimləmə, risk-əsaslı nəzarət və rezolyusiya çərçivələrinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş tədbirlər, maliyyə sabitliyi məsələləri, eləcə də növbəti strateji dövr üçün nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. Bununla yanaşı, ölkədəki makroiqtisadi vəziyyət, regionda baş verən hadisələrin ölkə iqtisadiyyatına təsiri və monetar siyasətin transmissiya mexanizmi ilə bağlı məsələlər də diqqət mərkəzində olub.