8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Zəfər Muzeyini ziyarət edib.
Ziyarət zamanı əməkdaşlar Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun qəhrəmanlığı və 44 günlük müharibədə qazanılmış tarixi Qələbənin salnaməsini əks etdirən eksponatlarla tanış olublar.
Muzey ekspozisiyası əməkdaşlara Vətən müharibəsinin mühüm mərhələləri, döyüş yolu, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın Zəfərə gedən tarixi yolu barədə ətraflı məlumat əldə etmək imkanı yaradıb.
Ziyarətin əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini bir daha xatırlatmaq, Vətənə sədaqət, milli birlik və qəhrəmanlıq ənənələrinin təbliğinə töhfə vermək olub.
ADRA kollektivi üçün bu ziyarət tarixi Qələbəmizin əhəmiyyətini bir daha dərindən dərk etmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və Zəfər salnaməmizi yaşatmaq baxımından xüsusi mənəvi əhəmiyyət daşıyıb.