Azərbaycanda dövlət qurumlarına məxsus 5 avtomobil və bir dəst avadanlıq 15 dekabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq.
Avtomobillərin başlanğıc qiymətləri 4 000–14 000 manat arasında dəyişir.
Hərraca “Hyundai Sonata”, “Hyundai Tucson”, “Toyota Land Cruiser Prado”, “JMC” və “Hyundai Galloper” markalı nəqliyyat vasitələri çıxarılır.
Bundan əlavə, Maliyyə Nazirliyinə məxsus soyutma və havalandırma avadanlıqları 5 500 manat başlanğıc qiymətlə satışa təqdim edilir.
Qeyd edək ki, avtomobillər ikinci dəfə təkrar hərraca çıxarılır. İştirak üçün başlanğıc qiymətin 10%-i həcmində beh ödənilməlidir.