Bakı, 6 noyabr, AZƏRTAC Gələn il Çin və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəklər. İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq geniş və perspektivli imkanlar açır.AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.Diplomatın sözlərinə görə, Çin tərəfi Azərbaycanla birlikdə qarşıdan gələn yubiley günündən ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün əlverişli fürsət kimi istifadə etməyə hazırdır.“Çin Azərbaycanla birlikdə diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı günü iki ölkə dövlət başçılarının əldə etdikləri mühüm razılaşmaların tam həyata keçirilməsi, qarşılıqlı dəstək və dostluq ənənələrinin inkişaf etdirilməsi, modernləşmə yolu ilə inkişafın geniş potensialından birgə istifadə olunması və Çin-Azərbaycan münasibətlərinin daha da dərinləşdirilməsinə sanballı töhfə verilməsi üçün əlverişli fürsət kimi nəzərdən keçirməyə hazırdır”, – deyə Lu Mey qeyd edib. Müxbir – Pərvanə Qafarova Operator – Namiq Abdullayev