Bir bilet - 847 milyon dollar: ABŞ-də tarixin ən böyük doqquzuncu cekpotu uduldu

ABŞ-nin Nyu-Cersi ştatında satılan "Powerball" lotereya bileti sahibinə 847 milyon dollar qazandırıb. Bu uduş lotereya tarixinin doqquzuncu ən böyük cekpotu kimi qeydə alınıb. Qalibin kimliyi hələlik məlum deyil.