ABŞ-də silahlı atışma

Kolorado ştatının Leykvud şəhərində polislə silahlı toqquşma zamanı bir zabit və bir şübhəli həlak olub.

Bu barədə "CBS News" məlumat yayıb.

Məlumata görə, polislər silahlı şübhəli şəxsi saxlamağa çalışıblar. Bu zaman onlar arasında atışma olub. Hüquq-mühafizə orqanlarının 4 əməkdaşı atışmada yaralanıb. Şübhəli və bir polis əməkdaşı həyatını itirib.

Yaralı şəxslər xəstəxanaya yerləşdirilib.

Leykvud polisi hadisə ilə bağlı araşdırmanı davam etdirir.Daha