Bakı, 6 noyabr, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri Bakıda təşkil olunub.AZƏRTAC xəbər verir ki, Kristal Zalda “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festivalın əsas məqsədi şagird və gənclərin peşə seçiminə dəstək olmaq, onların gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə kömək etmək olub. Ölkənin 11 şəhər və rayonunu əhatə edən layihənin Bakı mərhələsində iştirakçılar müxtəlif peşə sahələri ilə yaxından tanış olmaq, həmin sahələrin mütəxəssisləri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Festival çərçivəsində peşə stendləri təqdim olunub, iştirakçılara müxtəlif ixtisaslar, tələb olunan bacarıqlar və karyera imkanları barədə məlumat verilib. Onlar, həmçinin mütəxəssislərə suallar ünvanlayıb, interaktiv fəaliyyətlərdə iştirak ediblər.Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışında “PeşəFest”in əsas məqsədinin şagirdləri, gəncləri, onların valideynlərini və peşə mütəxəssislərini bir araya gətirmək, gənclərin gələcək peşə seçimləri ilə bağlı suallarını cavablandırmaq olduğunu bildirib.O qeyd edib ki, layihə çərçivəsində 11 şəhərdə keçirilən tədbirlərdə yüksək iştirak qeydə alınıb. Sumqayıtdan başlayan festivalın ümumi iştirakçı sayı 33 minə yaxın olub. Bu il keçirilən “PeşəFest” tədbirlərində iştirakçıların sayı 2025-ci illə müqayisədə iki dəfə artıb. Naxçıvanda təşkil olunan tədbirdə isə 1260 nəfər iştirak edib.R.Mustafayev festival çərçivəsində təqdim olunan 11 peşə istiqamətinin gənclərə həm müasir texnologiyalar, əşyaların interneti və süni intellekt, həm də ənənəvi peşələrlə tanış olmaq imkanı yaratdığını vurğulayıb.Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə ölkənin qazandığı Zəfərin əldə olunmasında Azərbaycan xalqının, ordusunun və şəhidlərin müstəsna rolunu qeyd edib. O bildirib ki, bu gün ölkədə həyata keçirilən islahatlar və gənclər üçün yaradılan imkanlar həmin Zəfərin nəticələrindən biridir.Deputat gənclərin gələcək peşə seçimində müəllimlərin, alimlərin, ziyalıların və cəmiyyətin nüfuzlu şəxslərinin xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür festivallar məktəblilərə və gənclərə müxtəlif peşələrlə tanış olmaq, gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm imkan yaradır. Z.Oruc, həmçinin “PeşəFest” çərçivəsində silah mühəndisliyi istiqamətinin təqdim olunmasını müsbət qiymətləndirib.Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə isə peşə təhsilinə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, son beş ildə Azərbaycanda peşə təhsili üzrə qəbul göstəricisi 76 faiz yüksəlib, hazırda peşə təhsili alanların sayı 28 mini ötüb.Nazir müavini qeyd edib ki, peşə təhsili sistemində həyata keçirilən islahatlar regionları da əhatə edir. Hazırda qəbulun təxminən 70 faizi ölkənin regionlarının payına düşür. Son illərdə regionlarda yaradılan Gəncə Dövlət Peşə Məktəbi, Qəbələ Dövlət Peşə Mərkəzi və Cəlilabad Dövlət Peşə Mərkəzi bu sahədə uğurlu nümunələrdir.K.Kərimzadə, həmçinin “PeşəFest” layihəsi çərçivəsində 200 minə yaxın azərbaycanlı gəncin iştirak etməsinin sevindirici hal olduğunu vurğulayıb. O bildirib ki, festival gənclərə gələcək peşə seçimləri ilə bağlı daha məlumatlı qərarlar vermək imkanı yaradır.Tədbir musiqi qruplarının ifaları və iştirakçılar arasında təşkil olunan viktorinalarla davam edib. Müxbir - Aynur Əlixanlı Operator - Ceyhun Mustafayev
Bu gün
3740 xəbər bu gün
Yəmənin cənub-qərbindəki Taiz əyalətində bazara endirilən zərbə nəticəsində 30-dan çox insan həlak olub. Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) hücuma görə Səudiyyə Ərəbistanını ittiham edib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Keşm adası üzərində ABŞ-yə məxsus "MQ-1" pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı videoçarx paylaşılıb.
Vergi Məcəlləsində dəyişikliklər üçün hazırlanan layihədə vergi orqanında uçotda olan fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə xərclərin gəlirdən çıxılması və gəlir vergisi dərəcəsinin 20% tətbiq edilməsi təklif…
Alimlər zədələnmiş diş minasının bərpasına kömək edən zülal əsaslı gel hazırlayıblar. Bu barədə Nottinqem Universitetinin tədqiqatçılarının araşdırmasında bildirilib. Tədqiqatın nəticələri “Nature Communications”…
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər. News24.az görüşdən fotoları təqdim edir:
Türkiyə millisinin UEFA Millətlər Liqasının A Liqasında Belçika və Fransa ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib. 26 futbolçunun yer aldığı siyahını yığmanın baş məşqçisi Sergen Yalçın açıqlayıb. Heyət Türkiyə…
Noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda “Aqaba Prosesi” çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib. Bu barədə Milli Məclisin Mətbuat…
Britaniyanın “Sky News” telekanalı hədələndiyini bildirib. Bu barədə telekommunikasiya korporasiyası “Comcast” məlumat verib. Bəyanat efirdə aparıcı tərəfindən...
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Yuğ Teatrının yaradıcı heyəti bir araya gələrək xalqımıza duyğu dolu təbrik mesajları ünvanlayıb. Teatrın səhnə ustaları, Xalq və Əməkdar artistləri, eləcə də gənc…
"Azərbaycan Dəmir Yolları mərhələli şəkildə səyahət coğrafiyasını genişləndirməyə davam edir. 2030-cu ilə qədər mərhələli şəkildə Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımaları bərpa ediləcək. Gələn il…
Şirkət rəhbəri vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Bizim.Media apa-ya istinadən xəbər verir ki, “Azərbaycan Test Portalı” MMC-nin təsisçisi və direktoru Nihad…
Hindistanda sərnişin qatarında yanğın baş verib. Hadisə zamanı sərnişinlər hərəkətdə olan qatardan tullanaraq canlarını qurtarmağa çalışıblar. Bizim.Media xəbər verir ki, “bu barədə Times Now” telekanalı məlumat yayıb…
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat…
Azərbaycanın tamblinq üzrə millisi Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.Bildirilib ki, yarışda Mixail Malkin, Tofiq Əliyev…
Школьный автобус попал в аварию в районе коммуны Лан на востоке Франции. Об этом сообщает телеканал BFMTV со ссылкой на источник, передает Day.Az со ссылкой на Gazeta.ru. Авария произошла в пятницу, 6 ноября, в районе…
Bu ilin 3-cü rübündə "Alphabet" şirkəti uzunmüddətli tərəfdaşı olan "Qualcomm" şirkətinin səhmlərində təxminən 548 milyon dollar dəyərində iştirak payı əldə edib.
Осенью 2026 года мировой энергетической рынок столкнулся с внушительным переизбытком дорогой нефти, что создает риск еще в большей степени охладить глобальный спрос на ключевой вид сырья. Об этой проблеме сообщает…
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə Romada, Prezidentin rəsmi iqamətgahı olan Kvirinal sarayında (Quirinale Palace) görüş keçirib.
В Агстафе произошло отравление. Как передает Day.Az со ссылкой на АПА, трое членов одной семьи, являющиеся жителями района, госпитализированы с диагнозом "отравление". По предварительной информации, они почувствовали…
Qeşm adasında
"İçərişəhərdə"
Nihad Məmmədov
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur. Komitə sədri Azər Badamov Modern.az -a…
Hindistan “Pinaka” raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 4000 raketin tədarük prosesi həyata keçirilir. Bu barədə “İndian Defense Nyus” saytı məlumat…
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Daimi Nümayəndəliyi ləğv edilib. Bununla bağlı Naxçıvan Muxt...
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib…
Slovakiya ukraynalı uşaqların qaytarılması üzrə Beynəlxalq Koalisiyaya qoşularaq onun 53-cü üzvü olub. "İnterfaks-Ukrayna"ya istinadən, bu barədə "Bring Kids Back UA" prezident təşəbbüsünün mətbuat xidmətindən…
Bakı, 6 noyabr, AZƏRTAC Müstəqilliyin ilk illərində Azərbaycan xalqı cəbhədəki vəziyyətlə ölkə daxilində baş verən siyasi proseslərin bir-birinə necə təsir göstərdiyini öz taleyində yaşadı. Bir tərəfdən hərbi təcavüzə…
Bakı, 6 noyabr, AZƏRTAC Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına və doğma yurdlarına qayıdan…
Bakı,6 noyabr, AZƏRTAC Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunan təntənəli tədbir keçirilib. Tədbirdə UNEC-in professor-müəllim heyəti və tələbələri ilə yanaşı…
Bakı, 6 noyabr, AZƏRTAC Azərbaycan ilə Çin arasında münasibətlər durmadan inkişaf edir və strateji xarakter daşıyır. Prezident İlham Əliyevin Çinə son səfəri zamanı “Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında…
Bakı, 6 noyabr, AZƏRTAC Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında…
Bakı, 6 noyabr, AZƏRTAC Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit yekunlaşıb. AZƏRTAC xəbər verir ki, sammitin bağlanış sessiyasında BMT-nin Baş…
Bakı, 6 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Günü münasibətilə “AzerGold” QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz…
Zəngilan, 6 noyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər…
Bakı, 6 noyabr, AZƏRTAC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş yığıncaq keçirilib. Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə komitənin…
Bakı, 6 noyabr, AZ\RTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat…
Bakı, 6 noyabr, AZƏRTAC Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Bakıdakı Zəfər Parkında olublar. AZƏRTAC xəbər verir…
Bakı, 6 noyabr, AZƏRTAC Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib…
Bakı, 6 noyabr, AZƏRTAC Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi. Burada hökumətlərin, beynəlxalq təşkilatların, inkişaf tərəfdaşlarının və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək…
Laçın, 6 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Günü münasibətilə Laçın rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir…
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada “Aqaba Prosesi” çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat…
Fransa NATO missiyası çərçivəsində Ukraynaya Qərb hərbi yardımının çatdırılması üçün əsas mərkəzlərdən biri olan Polşanın Rzeşuv hava limanının müdafiəsini təmin edəcək. Bu barədə Fransanın Polşadakı səfiri…
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası üzərində ABŞ-nin növbəti "MQ-1" pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb.
Самую высокую поддержку среди институтов и политических деятелей получила Армянская апостольская церковь.
Цена нефти достигнет $150 за баррель, если США и Израиль возобновят боевые действия против Ирана. Об этом заявил депутат парламента Ирана Хосейн-Али Делигани, его слова приводит...