1-ci liqada mübarizə aparan "Mingəçevir"ə texniki məğlubiyyət verilib.
Bu barədə AFFA İntizam Komitəsinin bugunkü iclasında qərar verilib.
1-ci liqanın 7-ci turunda "Şahdağ Qusar"la oyuna çıxmaqdan imtina edən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub isə 3000 manat cərimələnib.
Komandanın oyununa çıxmamasının səbəbi onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.