ÇL matçında himn səsləndirilmədi

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Vilyarreal” – PSJ matçının startı qeyri-adi olub.

Oyunndan əvvəl turnirin himni səsləndirilməyib. Buna səbəb İspaniyanın “Tenerife” klubunun faciəvi şəkildə vəfat edən hücumçusu Xesus de Migelin xatirəsinin yad edilməsi olub. Futbolçu 2-ci divizionda keçirilən oyun zamanı ürəyinin dayanması nəticəsində həyatını itirib.

UEFA onun xatirəsini yad etmək məqsədilə bu həftə keçirilən bütün avrokubok matçlarından əvvəl bir dəqiqəlik sükut elan edilməsi barədə qərar qəbul edib. Noyabrın 3-də keçirilən “Vilyarreal” – PSJ oyunundan əvvəl də mərhum futbolçunun xatirəsi anılıb.

Qeyd edək ki, matç PSJ-nin 6:0 hesablı qələbəsi ilə başa çatıb.