Qobustanda göbələkdən zəhərlənənlərin son durumu

Qobustan rayonunda göbələkdən zəhərlənən şəxslərin son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, noyabrın 5-də saat 14:00-da beş nəfər (kişi) zəhərlənmə şübhəsilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onların hər birinə zəruri tibb xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".