Gəncə, 6 noyabr, AZƏRTAC Gələn il Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planlaşdırılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib.O qeyd edib ki, qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatı, Asiya və Avropa arasında əməkdaşlıq formatı (ASEM) və Mərkəzi Asiya istiqamətində əlaqələrin inkişafı da nəzərdə tutulur. Müxbir - Elcan Məmmədov
Bakıda ECOSOC statuslu QHT-lərin forumunun keçirilməsi planlaşdırılır
Mənbə: azertag.az/xeber/bakida_ecosoc_statuslu_qht_lerin_forumunun_kechirilmesi_planlasdirilir-4497849