Çin Azərbaycanla bağlı planlarını açıqladı

Bakıda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumunun yekunlarına və Çin-Azərbaycan münasibətlərinin inkişafındakı son tendensiyalara həsr olunmuş brifinq keçirilir.

Trend-in müxbirinin verdiyi məlumata görə, tədbir Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Brifinqdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey 2026-cı ildə Çinin ən mühüm siyasi hadisələrindən birinin əsas yekunlarını təqdim edəcək, həmçinin ikitərəfli əməkdaşlığın gələcək inkişafının prioritet istiqamətləri barədə danışacaq.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumu ölkənin sosial-iqtisadi inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Pekinin müxtəlif ölkələrlə iqtisadi və siyasi əlaqələrini genişləndirdiyi bir şəraitdə plenumun yekunları Çinin beynəlxalq tərəfdaşları üçün də maraq doğurur.

Son illərdə Azərbaycan və Çin ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahələrində əməkdaşlığı fəallaşdırıblar. İkitərəfli gündəlikdə, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı mühüm yer tutur. Bu dəhliz Çin üçün Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına çıxış imkanı yaradır.

Brifinq Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın möhkəmləndiyi, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndiyi bir vaxtda keçirilir.