DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 % artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 311,3 milyon manat və ya 5,8 % artım qeydə alınıb.

Bu barədə Redaksiya-ya istinadən xəbər verilir.

Məlumata görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 109,1 milyon manat və ya 6,3 %, qeyri-büdcə təşkilatları üzrə isə 340,8 milyon manat və ya 9,7 % artımla olub.