Quba və Qusara 15 sm qar yağdı – FOTO/VİDEO

Bu gün şimal bölgəsinin dağlıq ərazilərinə payızın ilk qarı yağıb. Quba və Qusarın dağlıq kəndlərinə 10-15 sm qar yağıb.

Qubanın Susay, Xınalıq, Qrız və Qusarın Ləzə kəndlərindən Bizim.Media-ya daxil olan məlumata görə, havanın temperaturu da son günlərlə müqayisədə 7-8 dərəcə enib.

Hazırda Xınalıqda hava şəraiti -2,7 dərəcə və -4,5 dərəcə təşkil edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu