Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 629 nömrəli Fərmanının 2.1.2.1-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:1. Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərinin aylıq vəzifə maaşı 3600 manat, rəhbərin müavininin aylıq vəzifə maaşı 3115 manat məbləğində müəyyən edilsin.2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsində qeyd edilən rəhbər işçilərin aylıq əməkhaqlarının məbləği həmin hissədə göstərilən aylıq vəzifə maaşından və normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər ödənişlərdən ibarətdir. Əli ƏsədovAzərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, “ 5 ” “ noyabr ” 2026-cı il№ 371