Aİ emissiya hədəfini azaldır

Avropa Parlamentinin Ətraf Mühit Komitəsi 2035-ci ilə qədər yeni avtomobillər üçün karbon qazı emissiyasının azaldılması hədəfinin 100 faizdən 87,5 faizə endirilməsini təsdiqləyib.

Təklif komitədə 48 lehinə, 30 əleyhinə səslə qəbul edilib.

Dəyişikliyə əsasən, avtomobil istehsalçılarına emissiya hədəflərinə çatmaq üçün əlavə imkanlar yaradılacaq. Yüngül kommersiya nəqliyyat vasitələri üçün də 2030 və 2035-ci illərə nəzərdə tutulan azalma hədəflərinin aşağı salınması təklif olunur.

Layihəyə əsasən, müəyyən tələblərə cavab verən aşağı karbonlu yanacaqla işləyən avtomobillər də sıfır emissiyalı nəqliyyat vasitələri kateqoriyasına daxil edilə bilər.

Təklif əvvəlcə Avropa Parlamentinin plenar iclasında səsə qoyulacaq, daha sonra Aİ ölkələri ilə müzakirə ediləcək.

Qeyd edək ki, hazırkı qaydalara əsasən, 2035-ci ildən yeni avtomobillərin karbon qazı emissiyasının 100 faiz azaldılması nəzərdə tutulur.