Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gələcək.
Bəs bu səfər Türkiyə liderinin Zəfər Günü tədbirlərində neçənci iştirakı olacaq?
Medianews.az bildirir ki, Zəfər Günü 2020-ci ilin Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin həmin il dekabrın 3-də imzaladığı sərəncamla təsis olunub.
Bundan bir həftə sonra – dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən ilk Zəfər paradında Rəcəb Tayyib Ərdoğan fəxri qonaq qismində iştirak edib.
Türkiyə Prezidenti 2025-ci il noyabrın 8-də Azərbaycan paytaxtının Azadlıq meydanında Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parada da qatılıb.
Rəcəb Tayyib Ərdoğan hər iki paradda çıxış edib.
Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edən fəxri qonaqlar arasında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də olub.