ABŞ Prezidenti Donald Trampın hakimiyyətdə qalacağı növbəti iki ildə demokratların onun planlarına mane olmaq üçün edəcəyi bütün cəhdlər iflasa uğrayacaq.
Bu barədə ABŞ Prezident Administrasiyası bəyanat yayıb.
Ağ Evin rəsmi saytında dərc olunan sənəddə deyilir:
"Saxta xəbərlər yayanlar, təşviş yaradanlar və radikal solçular Prezident Tramp üçün nekroloq yazdılar, lakin yanıldılar. Onlar yenidən səhvə yol verəcəklər".
Bəyanatda qeyd olunur ki, qarşıdakı prezidentlik dövründə demokratlar indiki dövlət başçısının həyata keçirdiyi bütün işləri geri qaytarmağa çalışacaq, ancaq buna nail ola bilməyəcəklər.
"Demokratların Trampa qarşı impiçment elan etmək üçün atacaqları növbəti addımlar da nəticəsiz qalacaq. Ona qarşı impiçment elan etmək, planlarını pozmaq və ya administrasiyasının qazandığı nailiyyətləri heçə endirmək cəhdləri radikal solçuların əvvəlki addımları kimi məğlubiyyətlə üzləşəcək. Prezident Tramp mübarizəni heç vaxt dayandırmayacaq", - deyə Ağ Evdən bildiriblər.