Xüsusi və dövlət mülkiyyətində olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin Mülki Məcəllənin 155.5-ci maddəsinə uyğun olaraq, bazar dəyəri bərabər müəyyən edilmiş dövlət mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələri ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsi çərçivəsində təqdim edilən əmlakların dəyərinin mənfəət və gəlir vergisindən azad edilməsi təklif olunur.