Bakı, 5 noyabr, AZƏRTAC “Azərişıq” ASC Özbəkistan Respublikasının Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə davam edir. Səhmdar Cəmiyyətin mütəxəssislərinin iştirakı ilə “35-110 kV-luq paylayıcı elektrik şəbəkələrin elektrik avadanlıqlarının qəza və normal iş rejimlərində istismarı, təmiri və əməliyyat çevirmələri” mövzusunda növbəti təlim kursu təşkil olunub. ASC-dən AZƏRTAC-a bildirilib ki, peşəkar təlim proqramı Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində baş tutub. Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaratmaqdır. Energetiklər təlim müddətində nəzəri biliklərini artırmaqla yanaşı, həm də real elektrik avadanlıqları və müvafiq təlim qurğularından istifadə etməklə praktiki tapşırıqları yerinə yetiriblər. Beləliklə, onlar əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq edərək peşə bacarıqlarını inkişaf etdiriblər. Təlimlər başa çatdıqdan sonra iştirakçıların proqram üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Sonda müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.
Bu gün
2051 xəbər bu gün
Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində…
UEFA Çempionlar Liqasının IV turunda İtaliyanın “Como” klubu səfərdə Fransanın “Lens” komandasını 9:1 hesabı ilə darmadağın edib. Görüşün nəticəsi Avropa mediasında geniş müzakirələrə səbəb olub. İtaliya təmsilçisinin…
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir…