Bakı, 5 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı aparılan sosial dəstək işlərinin bir istiqaməti də onların yüksəktexnologiyalı, son nəsil protezlərlə təmin olunmasıdır. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 ədəd yüksəktexnologiyalı, son nəsil protezlə təmin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, onların müasir idman protezləri ilə təminatı da həyata keçirilir. Yüksəktexnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Bu reabilitasiya vasitələri istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilmək imkanı yaradır.
Bu gün
2051 xəbər bu gün
Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində…
UEFA Çempionlar Liqasının IV turunda İtaliyanın “Como” klubu səfərdə Fransanın “Lens” komandasını 9:1 hesabı ilə darmadağın edib. Görüşün nəticəsi Avropa mediasında geniş müzakirələrə səbəb olub. İtaliya təmsilçisinin…
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir…