Bakı, 5 noyabr, AZƏRTACBakıda olduğu kimi, İslamabadda da “ASAN xidmət” adını daşıyan dövlət xidmətləri mərkəzi fəaliyyət göstərir. Maraqlı və xoş bir təsadüfdür ki, urdu dilində də, eynilə Azərbaycancada olduğu kimi, “ASAN” sözü “asan”, “khidmat” sözü isə “xidmət” mənasını verir. Bu iki söz bir araya gəldikdə, vətəndaşa ünvanlanan aydın bir vəd yaranır: siz xidmət almaq üçün bizə müraciət etdikdə, biz bu prosesi sizin üçün asanlaşdırırıq.AZƏRTAC xəbər verir ki, bunu Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya üzrə Federal naziri Şaza Fatima Xavaca Bakıda keçirilən "Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas məruzələr" adlı plenar sessiyada çıxışı zamanı deyib.Şaza Fatima Xavaca bildirib ki, “ASAN xidmət” mərkəzində vətəndaş bir mərkəzə müraciət edir, əməkdaşla əlaqə saxlayır və eyni dam altında müxtəlif dövlət qurumunun xidmətlərindən yararlana bilir. Bu mərkəzin açılışı cari ilin yanvarında həyata keçirdi. Mərkəz 12 dövlət qurumunun təqdim etdiyi 64 xidmətlə fəaliyyətə başladı və bu günədək 171 mindən çox vətəndaşa xidmət göstərib.“Qeyd etməliyəm ki, bunu mümkün edən əsas amillərdən biri Prezident İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında mövcud olan şəxsi və qardaşlıq münasibətləridir”, – deyə o əlavə edib. Müxbirlər- Günel Türksoy, Tərgül Babayeva Fotoqraf-İlkin Cavanşirov Videooperator-Vüsal Taqiyev
Bu gün
2051 xəbər bu gün
Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində…
UEFA Çempionlar Liqasının IV turunda İtaliyanın “Como” klubu səfərdə Fransanın “Lens” komandasını 9:1 hesabı ilə darmadağın edib. Görüşün nəticəsi Avropa mediasında geniş müzakirələrə səbəb olub. İtaliya təmsilçisinin…
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir…