Hörmüz boğazında iki supertanker minaya düşdü

İki supertanker İranla razılaşdırılmamış marşrutla Hörmüz boğazından keçməyə cəhd edərkən yanğın baş verib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

“İki ayrı insident nəticəsində Hörmüz boğazının cənub hissəsində razılaşdırılmamış marşrutla hərəkət etməyə çalışan iri neft tankeri minaya düşərək dayanmağa məcbur olub. Boğazın şərq hissəsində yerləşən digər supertankerdə isə güclü yanğın baş verib”, - SEPAH qeyd edib.

Bildirilib ki, ikinci tankerə yaxınlaşan yedək gəmisi yanğını söndürməyə çalışsa da, həmin yedək gəmisində də yanğın baş verib.